Call +994706210743
Kepro Esthetic Clinic
N.Nərimanov r-nu, İ.Həsənoğlu küç. 13 ,Baku,Azerbaijan
Open Hours
Bazar ertəsi - Cümə 09:00 - 16:00:Şənbə Bazar Bağlı
Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsindən 2015 ci ildə məzun olub.
Universitetdə oxuduğu müddətdə hər il Türkiyənin Istanbul şəhərində stomatologiyanın bütün sahələri üzrə təhsili üzrə nəzəri-praktiki təcrübələr keçərək yüksək nəticələr əldə edib.
Universiteti bitirdikdən sonra Almaniyanın NRW regionunda STLKS Universitet Kinikasında ağız, çənə və üz plastik cərrahiyəsi şöbəsində çalışıb.Daha sonra uşaq stomatologiyası bölməsi üzrə həkim stomatoloq olaraq davam edib.
Hal-hazırda Bakıda Dental Revolution klinikasında uşaq stomatoloqu çalışır.
Süd dişlərinin müalicəsi gələcək daimi dişlərin sağlığı, uşağın normal şəkildə qidalanma və danışa bilməsi üçün vacibdir.
Pulpanın zədələnməsi zamanı ediləcək müalicə ilk olaraq kanal müalicəsidir. Kanal müalicəsi zamanı zədələnmiş pulpa təmizlənir və kanal xüsusi pasta vasitəsilə doldurulur.
İlk dişlər ağız boşluğunda göründüyü aylardan etibarən (6-8 ay) dişlərin təmizlənməsinə başlanılmalıdır. Uşaqlarda dişlərin fırçalanması 6-7 yaşa qədər valideyinlərin iştirakı ilə edilərsə daha effektiv nəticə əldə edilə bilər.Professional gigiyena proseduru zamanı bir gəlişdə 4 mərhələdə dişlər ərp və ləkələrdən təmizlənir.
Ön süd dişi zədəli olan uşaqlarda estetik və funksional pozulmanın aradan qaldırılmasında estetik restavrasiyadan istifadə edilir.
Stomatoloji müayinə -bu zaman əvvəl diaqnoz qoyulur, daha sonra müalicə planlaması aparılır. Ümumiyyətlə, uşaqların 3-4 aydan bir həkim müayinəsində olması məsləhətdir ki, bu zaman yaranacaq olan problemlər çox tez və rahat şəkildə həll oluna bilir.
Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Dişlərdəki əyriliklərin düzəldilməsi gözəl estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Həmçinin, dişlərin və çənənin bir-birilə olan kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur.
Periodontologiya - dişləri əhatə edən toxumalarda , yəni diş ətlərində və diş köklərini əhatə edən sümüklərdə meydana gələn və bu xəstəliklərin müalicəsi ilə məşğul olan sahədir.
Stomatologiyada sedasiya pasientin fiziki və emosional rahatlayaraq yuxu vəziyətinə gətirilməsidir.
Sedasiya ilə diş müalicəsi hansı hallarda tətbiq edilir?!
Sedasiyanın ən böyük üstünlüyü uşağın heç bir ağrı hiss etməməsi və müalicə bitdikdən sonra qısa müddətdə ayılmasıdır.
Ön süd dişi kariyesi (çürüyü) uşaqların ümumi görüntüsünü pozmaqla yanaşı ,onların danışığını da çətinləşdirir.
🗣Xüsusilə, tələffüzün formalaşdığı dönəmdə ön süd dişlərinin əksik olması
hərflərinin səhv alışqanlıqla ömür boyu yalnış tələffüz edilməsinə yol açır.
Bu da gələcək dövrdə uşaqlara danışmaqda ,öz fikirlərini ifadə etməkdə kompleks və özgüvənsizlik yaradır .
Uşaq stomatologiyasının əsas məqsədi dişlərdə problemlərin yaranmasının qarşısını almaq və uşaqların sağlam orqanizmə sahib olmalarına şərait yaratmaqdır.
Süd dişləri 20 ədəddir.
Süd dişlərinin əsas vəzifəsi uşağın bəslənməsini təşkil etməkdir.
Bundan əlavə danışığın düzgün inkişafı da süd dişlərinin varlığına bağlıdır.
➰Süd dişləri, əhatə etdikləri sahəni özlərinin yerinə gələcək olan daimi diş üçün qoruyar və daimi diş çıxanda ona istiqamət verər.
Süd dişi vaxtından əvvəl çəkildiyi zaman bu təbii yer tutuculuq funksiyası ortadan qalxar.